Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Mikayıl Cabbarov italyan nazirlə görüşdü

Mikayıl Cabbarov italyan nazirlə görüşdü


Təhsil naziri Mikayıl Cabbarov İtaliya Respublikasının təhsil, universitetlər və tədqiqat naziri Stefania Gianini ilə görüşüb.



"Qafqazinfo" xəbər verir ki, görüşdə Azərbaycanla İtaliya arasında əlaqələrin yüksək səviyyədə inkişaf etməsindən məmnunluq ifadə olunub, hər iki ölkə rəhbərliyinin bu əlaqələrin genişlənməsinə və xalqlarımız arasında dostluğun gücləndirilməsinə göstərdiyi diqqət xüsusilə qeyd edilib.



Azərbaycan-İtaliya Universitetlərarası Forumunun müvəffəqiyyətlə keçirilməsi və forumun nəticələrinə əsasən, iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Həmçinin, nazirlər Azərbaycanla İtaliya arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti, ali təhsil müəssisələri arasında tələbə və professor-müəllim heyətinin mübadiləsi, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi perspektivləri və Azərbaycanda italyan dilinin tədrisinə dəstək kimi məsələləri müzakirə ediblər.



Qeyd edək ki, “Milan Expo 2015” Ümumdünya Sərgisi çərçivəsində Azərbaycan pavilyonunda təşkil olunmuş Azərbaycan-İtaliya Universitetlərarası Forumunda iştirak etmək üçün təhsil naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə Təhsil Nazirliyinin və ölkəmizin 11 dövlət ali təhsil müəssisəsinin məsul şəxslərindən ibarət nümayəndə heyəti İtaliyanın Milan şəhərində səfərdə olub.


Teqlər:
Bu xəbər cəmi 845 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR