Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Onun Xoşqədəm problemi var” - Mirşahindən cavab

“Onun Xoşqədəm problemi var” - Mirşahindən cavab


ANS Müstəqil Yayım və Media Şirkətinin (MYMŞ) “Sən Tək deyilsən!” və “Xoşqədəmlə axtarıram səni” verilişlərinin MTRŞ tərəfindən bağlanması ilə bağlı Milli Televiziya və Radio Şurasının qərarından irəli gələn suallara ANS MYMŞ-nın Baş Direktoru Mir Şahin Ağayev cavab verib.



“Qafqazinfo” ans press-ə istinadən məsələ ilə bağlı qısa müsahibəni təqdim edir:



-Mir Şahin müəllim, teleməkanın ən yüksək reytinqli iki verilişinin bağlanması barədə qərar bizdən ötrü gözlənilməz oldu...



-Elə mən də bu qərarı, daha doğrusu qərarın mətbuatda bu şəkildə afişalandırılmasını gözləmirdim. Ona görə ki, MTRŞ-nın bu gün keçirilən toplantısında mən iştirak edirdim. Nuşirəvan Məhərrəmli başda olmaqla Şura üzvlərinin “Sən Tək deyilsən!” və “Xoşqədəmlə axtarıram səni” verilişinin aqibətinə münasibəti mənə elə ilk dəqiqədən bəlli idi. Təxminən 1 saat yarım ərzində mən onları dinlədim və sonda məlumat verdim ki, biz onsuz da bu verilişi gələn həftə, daha doğrusu oktyabrın 5-dən efirdən çıxarmışıq. Bu layihələri biz efirdə yalnız ona görə saxlamışdıq ki, həmin efir vaxtında oxşar layihə ilə rəqabət zərurəti var idi. Onu da deyim ki, MTRŞ-da bizim belə bir mövqeyimizdən hələ çoxdan xəbərdar idilər ki, belə verilişləri bəyənmirik və bu tipli layihələri etməmək üçün televiziya rəhbərlərinin vahid mövqeyi olsa faydalı olar. Əks təqdirdə bir kanal bu tip layihəni bağlayanda, başqası açır, nəticədə standartlar bir olmur. Sentyabr ayının 29-da- ATV-də “Öz aramızda” verilişi bağlanandan dərhal sonra isə biz Yaradıcılıq Şurasının qərarı ilə “Sən Tək deyilsən!” verilişini dayandırdıq. Elə “Xoşqədəmlə axtarıram səni” verilişi də Bazar günü efirdə ənənəvi formatında son dəfə yayımlanacaqdı. Müəllifin təqdim etdiyi yeni layihəyə görə burada axtarılacaq şəxslər həm də Azərbaycanı dünyada müsbət mənada tanıdan, ona şərəf və nüfuz gətirən insanlar olacaqdı. Özü də bu qərar elə yaradıcı kollektiv tərəfindən verilmişdi. Mən onu da qeyd etdim ki, efir məkanıda daha ciddi ab-havanın yaradılması məqsədilə ANS MYMŞ yeni layihələr hazırlayıb. “Günəbaxan”- ın formatı tam dəyişdirilib,- o indi demək olar ki informativ tok şoudur- “A-dan Z-yə” və “ŞOKolad” verilişi artıq dayandırılıb.



Burda adlarını çəkmirəm, yaradıcılıq sirridi. Amma orda efirə gedəcək yeni layihələrimizin adlarını belə çəkdim. Yəni mən bunları deməklə diqqəti ona yönəltdim ki, ANS MYMŞ-nın öz verilişlərini bağlamaq qərarını MTRŞ-nın rəsmiləşdirməsinə ehtiyac yoxdur. Sadəcə olaraq burda bir məqam var idi: MTRŞ istəyirdi ki, verilişlər dərhal qapansın, mən isə onları soyuq ağıla və məntiqə dəvət edərək bu fikirdən daşındıra bildim. İzah etdim ki, verilişlərin kifayət qədər tamaşaçısı var, yüksək reytinqləri var, ona görə də biz onları bağlamaq qərarını verərkən ilk növbədə bu məqamı nəzərə almışdıq, yəni ən azı müraciətləri araşdırılmağa qəbul olunmuş insanlara hörmətsizlik etməyək, verilişi dəstəkləyənlər qarşısındakı öhdəliklərimizin aqibəti barədə düşünək. Onlar da qısa müzakirədən sonra mənimlə razılaşdılar. Mən toplantının əvvəlindəki gərginliyin, ittiham aqressiyasının sona yaxın səmimiyyətə doğru dəyişdiyini hiss etdim və düşündüm ki, bu, Nuşirəvan Məhərrəmli və hörmətli Şura Üzvlərinin mənimlə sıradan bir görüşüdür və tədbirdən məlumat sızdırılarkən bu ab-hava qərarda öz əksini tapacaq. Çünki, Şura Üzvləri arasında, ANS-ə, onun rəhbərliyinə,olan hörmət və sayğının nümayiş etdirilməsi mənə belə düşünməyə əsas verirdi. Çünki oxşar söhbət ATV kanalı ilə də olmuş, amma onların layihəsinini bağlanması barədə verdikləri adi qərar bizimlə bağlı məsələdən fərqli olaraq az qala ittiham aktı kimi ictimailəşdirilməmişdi. Baxmayaraq ki, belə qərarlar qəflətən verilmir, ən azı əvvəlcədən xəbərdalıq edilir.



-Belə çıxır ki, mətbuata verilmiş məlumatın məzmununun belə olacağını gözləmirdiniz.



-Əlbəttə ki, yox. Çünki sənədin belə tərzdə yazılmasından mənim məlumatım yoxdur. Hamı ilə normal vidalaşıb çıxmışam. ANS-i az qala milli mənəvi dəyərləri pozmaqda günahlandıran bu qərar isə bizdən, şəxsən məndən, yəqin ki Azərbaycanın ANS-in tarixində, onun dövlətimizin istiqlalı və vətəndaşımızın vətənpərvər ruhunun formalaşmasında oynadığı rol barədə məlumata malik çox milyonlu tamaşaçı ordusundan ötrü əsl şok oldu. MTRŞ buna qədər bir dəfə də ANS-in hansısa layihəsi ətrafında qərəzli qərar vermişdi və o zaman biz qurumu məhkəməyə verdik və əsassız xəbərdarlığı ləğv etməyə nail olduq. Düşünürdük ki, bu yəqin ki N. Məhərrəmliyə ən azı stolüstü vəsait olar ki, gələcəkdə ifadələr seçərkən ehtiyalı olsun. Amma çox təəəssüf ki, o yenə də tələsib və bizim MTRŞ-nın növbəti qərarını məhkəməyə vermək haqqımızı tanıyıb. Çünki verilişlərinin bağlanmasına səbəb kimi göstərilənlər ANS-in işgüzar nüfuzunu zərbə altına alır və bizim tamaşaçılarımızı incidir, onların zövq və istəklərini təhqir edir.



-Deməli, ANS MYMŞ qərarla razı deyil?!



- Bayaq dedim ki, bu qərarı biz artıq vermişdik. Sadəcə MTRŞ-nın bizim verdiyimiz qərara belə ağır ittihamlardan yarlıq quraşdırması artıq bütün hüdudları keçir. Mən burada qanunun aliliyindən çox, açıq-aşkar ayrı-seçkilik və ANS-ə qarşı qərəz görürəm. İki televiziya kanalında eyni tip layihəyə tam fərqli yanaşma. Digər məsələ. Ya xəbər mətbuata adi bir xəbər kimi verilməliydi, (Özü də burada da mənə qaranlıq məqamlıar var. İçəridə iclas gedir, bəzi saytlar isə artıq ANS-in verilişinin bağlanması barədə xəbər yayır. Baxmayaraq ki, hələ heç bir qərar yox idi, deməli, Şurada bizdən də peşəkar xəbərçilər varmış, ya da ümumiyyətlə bu məlumatı bizim yayacağımızı gözləmək lazım idi. MTRŞ niyə və maraqlıdır ki tələsib?! Sanki hansısa sosial şou ilə yox, Xoşqədəm Hidayətqızıyla şəxsən mübarizə aparır. Mən Nuşirəvan Məhərrəmlinin Xoşqədəm xanıma münasibətini bilirdim. Amma məsələnin bu dərəcədə ciddi olduğunu təsəvvür etmirdim. Çünki, buna qədər bir necə dəfə cənab Məhərrəmlidən Xoşqədəm Hidayətqızı kimi adamların efirdən ayağını kəsmək kimi tövsiyələr eşitmişdim. Deməli, N. Məhərrəmlinin Xoşqədəm problemi var. Verilişlə bağlı yox aaa.. məhz Xoşqədəm xanımla. Təəssüf...



-Məhkəmə olacaq?!



-Bəli... ANS MYMŞ öz imici və işgüzar nüfuzunu qoruyacaq. Həmişə olduğu kimi. Milli Mənəvi dəyərlərdən çox tez-tez danışılır. Bu ümumi ifadədir. Hər millətin özünəməxsus dəyərləri var. Azərbacan Tarixinin Milli Azadlıq səhifələrini qələmə alan ANS özü artıq çoxdan milli mənəvi dəyərə çevrilib. Bu dəyərlər toplusunu ədalətinə inandığımız məhkəmədə qoruyacağıq.


Teqlər:
Bu xəbər cəmi 1055 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR