"Qarabağ" ın baş mәşqçisi Qurban Qurbanov sabah Avropa Liqasının qrup mәrhәlәsi çәrçivәsindә "Anderlext"ә qarşı keçirәcәklәri oyun öncәsi media nümayәndәlәri önünә çıxıb.
''Qafqazinfo" xәbәr verir ki, gәnc mütәxәsis vacib matç haqqında fikirlәrini bildirib. Qurbanov rәqib komandanın heyәtindә tәhlükәli futbolçuların olduğunu bildirib: "Düşünürәm ki, çoxdan azarkeşlәrimiz qarşısında oynamaq istәyirdik. Demәk olar ki, rәqib yeni qurulmuş komandadır. Amma çox istәklidirlәr. Onlar hәmişә transferlәri ilә adından söz etdirib. Rәqibin ustalıq sәviyyәsi yüksәkdir. Çox diqqәtli olmalıyıq. "Anderlext"dә elә futbolçular var ki, oyunun taleyini hәll edә bilәr. Mәn qrup mәrhәlәsi başlamazdan öncә demişdim ki, belә komandalara qarşı oynamaq hәmişә xoşdur. Fikrimcә, futbolçularım bilir ki, biz daha istәkli vә sürәtli olmalıyıq. Belә oyunlar tәcrübәmizi artırmaq üçün yaxşı imkandır. Futbolçularıma inanıram vә uğurlar arzu edirәm".
Baş məşqçi Çumbinyonun meydana çıxması ilə bağlı sualı belə cavablandırıb: "Sabahkı oyunda meydana çıxmayacaq. Amma növbәti oyunlarda ola bilәr".
"Qurban bәy, sabah yubiley oyununa çıxırsız?" sualına baş məşqçi belə cavab verib: "Oyun sayının önәmi yoxdur. Amma yenә dә yubiley matçına çıxmaq xoşdur. Yaxşı nәticә qazanmaq üçün meydana çıxacağıq. Bәlkә dә nәticә üçün bizә başqa amillәr lazım olacaq. Rәqibin gücünü nәzәrә almalıyıq".
Qurban Qurbanov komandanın әhval-ruhiyyәsindən də bəhs edib: "Hәr şey qaydasındadır".
Jurnalistin "Mәtbuatda yazılmışdı ki, "Neftçi" ilә oyundan sonra soyunub-geyinmә otağında Samuel Armenterosla Rәşad Sadıqov arasında gәrginlik olub..." fikrinə mütəxəssis belə reaksiya verib: "Belә bir şey olmayıb. Orada xeyli jurnalist var idi vә olsaydı, görәrdiniz".
"Komandanız qol vurduqdan sonra motivasiyanı itirir. Sizcә, "Qarabağ"da psixoloqa ehtiyac var?" sualına cavab verən baş məşqçi deyib: "Yox. Futbolçularla lazımı söhbәti özüm aparıram. Onlar da mәnә inanırlar. Biz "Tottenhem"lә oyunda 1 qoldan sonra 3-ünü buraxdıqsa, "Mançester Siti" 4-nü buraxdı. Komanda qol vurduqdan sonra müdafiәyә çәkilmәsi normal haldır. Sabahkı matçda da heç bir gәrginlik olmayacaq. Ötәn oyunlarla hazırlıqda müәyyәn fәrqlәr var".
Baş məşqçi rәqibin bütün futbolçularının nәticә verәcәk gücdә olduğunu bildirib.
""Anderlext"in oyun tәrzi indiyә kimi qarşılaşdığınız hansı rәqibә oxşayır? Bu komandada xüsusi nә var ki, siz ona diqqәt yetirmәlisiz?" sualına Qurbanov belə cavab verib: "Hәr hansı komanda ilә müqayisә etmәzdim. Bayaq dedim ki, güclü vә istәkli futbolçuları var. Sağ cinah müdafiәçilәri hәddәn artıq güclüdür. Hәr yerdә lider kimi görünür".