2015-2016-cı illər payız-qış mövsümünə ilə əlaqədar olaraq hərəkətin fəaliyyətini və təhlükəsizliyini təmin eymək məqsədilə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-də tədbirlər planı hazırlanıb.
Qurumdan “Qafqazinfo”ya daxil olan məlumata görə, tədbirlər planına əsasən, müntəzəm surətdə avtomobil yollarının və yol qurğularının istismar vəziyyəti barədə məlumatların toplanması, respublikanın magistral avtomobil yolarında, dağlıq rayonlarda, həmçinin Bakı şəhərinin avtomobil yollarında, prospekt və küçələrində mövcud vəziyyət barədə operativ tədbirlərin görülməsi məqsədi ilə “Azəryolservis” ASC-də sutkalıq növbətçilik yaradılıb.
Bununla yanaşı, növbətçinin daxil olan məlumatları operativ şəkildə qeyd edib cəmiyyətin tabeliyində olan şöbə və idarələrə çatdırılmasını təmin etmək məqsədilə 1 oktyabr 2015-ci il tarixindən etibarən (012) 599-79-75 nömrəli xüsusi telefon xətti, “Qaynar xətt” fəaliyyətə başlayır.
Qeyd edək ki, “Qaynar xətt” 24 saat ərzində daxil olan zəngləri qəbul edəcək.