Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Nazirlik Zeynəb Xanlarovaya cavab verdi

Nazirlik Zeynəb Xanlarovaya cavab verdi
Daxili İşlər Nazirliyi xalq artisti, millət vəkili Zeynəb Xanlarovanın həbs edilmiş ilahiyyatçı Tale Bağırova qarşı ittihamlarda adının hallanmasına etirazına cavab verib. “Yenimeydan.info”nun məlumatına görə, nazirlikdən modern.az saytına bildirilib ki, aprelin 11-də Tale Bağırov barəsində açıqlanan ittihamlar iki hüquq-mühafizə orqanının yaydığı rəsmi mövqedir.


“Yayılmış məlumat tam rəsmidir və hazırda cinayət işləri üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir”.



DİN-dən onu da bildiriblər ki, zərurət yarandığı halda əlavə məlumat verilə bilər.



Qeyd edək ki, Daxili İşlər Nazirliyi və Baş Prokurorluq bu gün birgə məlumat yayaraq bildiriblər ki, aprelin 2-də naməlum şəxslər Nardaran qəsəbəsində yerləşən, xalq artisti Zeynəb Xanlarovaya məxsus bağ evinin qarşısında avtomat silahdan atəş açaraq yandırmaq məqsədilə onun həyətinə içərisinə yandırıcı maye doldurulmuş şüşə qablar atıblar.



Elə həmin gün Bakı şəhər İcra Hakimiyyətinin yaxınlığında iki nəfər Bəxtiyar Qurbanov və Röyal Əsgərov şübhəli şəxs qismində saxlanılıb. İlkin dindirmə zamanı onlar ilahiyyatçı Tale Bağırovun həbsinə və guya hicaba qoyulan qadağaya etiraz olaraq İcra Hakimiyyətini yandırmaq, bununla da vətəndaş itaətsizliyi və ajiotaj yaratmaq istədiklərini etiraf ediblər.



Xalq artisti Zeynəb Xanlarova isə həbs edilmiş ilahiyyatçı Tale Bağırova qarşı ittihamlarda öz adının hallanmasına sərt şəkildə etiraz edib və deyib ki, o heç kimdən şikayət etməyib, onu bu məsələyə qatmasınlar


Teqlər:
Bu xəbər cəmi 1630 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR