Suriya prezidenti Bəşər Əsəd Putindən hərbi yardım istəyib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiyanın prezident administrasiyasının rəhbəri Sergey İvanov məlumat verib. Onun sözlərinə görə, söhbət ancaq hərbi-hava qüvvələrinin keçirəcəkləri əməliyyatlardan gedir, hərbçilərdən istifadə isə bu yardımlara daxil deyil.
Prezident Vladimir Putin isə parlamentin yuxarı parlamentinə Rusiya Silahlı Qüvvələrindən xaricdə istifadəsinə razılıq verilməsi üçün sorğu göndərib. Federasiya Şurası isə yekdilliklə prezidentin müraciətinə müvafiq razılığı verib. Qeyd edək ki, söhbət Rusiya Silahlı Qüvvələrinin Suriya ərazisində hərbi əməliyyatlara cəlb olunmasından gedir.