Qərbi KİV Suriyaya “Tu-154” laynerinin müşayiəti ilə Rusiyanın 6 “Su-34” bombardmançısının gəldiyini bildirib. Təyyarələrin Çeçen Respublikasının Mozdok şəhərində yerləşən hərbi bazasından səmaya qalxmaları məlumdur.
"Qafqazinfo" oxu.az-a istinadən xəbər verir ki, karvanın uçuş yolu Azərbaycan, Xəzər dənizi, İran və İraq üzərindən olub.
Pilotlar bilərəkdən sərnişin təyyarələrinin hərəkət etdiyi yollardan yan keçiblər. İraq üzərindən hərəkət edən zaman təyyarələr radio-sükut rejimində olublar, Suriyanın hava məkanına düşdükdə isə heyətlər arasında əlaqəni yenidən bərpa ediblər.
Pentaqon nümayəndələrinin daha öncə xəbər verdiklərinə görə, Rusiya Suriyanın Latakiyasında öz HHQ (Hərbi hava qüvvələri) üçün hərbi baza yaradır. Bu aviabazada yalnız İŞİD yaraqlıları ilə mübarizədə istifadə edəcəyi qırıcı və bombardmançı təyyarələri yerləşdirir.