“Yenimeydan.info” “Anspress”ə istinadən xəbər verir ki, artıq 500-dən çox küçə və prospektdə yeni ünvanlar quraşdırılıb. Proses ilin sonunadək başa çatdırılacaq. Yeni qaydaların tətbiqi sənədsiz evlərin ünvan problemini də həll edəcək.
Daşınmaz əmlak üzrə ekspertlər də deyirlər ki, paytaxt küçələrində ünvanların qeydiyyatının düzgün aparılmaması, yaxud yazılmaması əhaliyə çoxlu sayda sosial iqtisadi və hüquqi poblemlər yaradır.
Əmlak Məsələlri üzrə Dövlət Komitəsinin Kadastr Mərkəzinin direktoru Ramiz Quliyev isə deyir ki, ölkədə ünvanvermə sistemində yeni qaydaların ilin sonunadək tam tətbiqi 450 mindən çox sənədsiz evin ünvan problemini aradan qaldıracaq. Artıq Bakıda 500-dən çox küçə və prospektdə yeni ünvan adları və nömrələr verilib. Bakı üzrə 2500-dən çox küçə və prospektləri əhatə etməklə binalara və girişlərə təzə lövhələri asılacaq. Hələliksə Cənubi Koreya da istehsal olunaraq ölkəmizə gətirilən bu yeni dizaynlı ünvan lövhələri mərkəzdə Heydər Əliyev prospekti və Əziz Əliyev küçəsində quraşdırılır.
Mərkəzləşdirilmiş Ünvan İnformasiya Sistemində daşınmaz əmlakların ünvanları həm mətn şəklində, həm də koordinatlarla göstərilir. Ünvanvermə isə elektron şəkildə həyata keçirilir və bundan sonra vətəndaşların şəxsiyyət vəsiqələrində də küçələrin adları deyil, kodları qeyd olunacaq. Nəticədə küçələrin adları dəyişəndə ünvanlar dəyişilməyəcək.