Milli Parkdakı ağacları kim qırır? - Nazirlikdən cavab+Fotolar
“Bəzi işbazlar sahənin kol-kos olduğunu iddia edib arı saxlamaq məqsədi ilə icarəyə götürdükləri haqda düzəltdikləri saxta sənədləri göstərərək Altıağac Milli Parkının ərazisindəki ağacları qırır, fərdi yaşayış evləri tikdirirlər”
Xızı rayonunun vətəndaşı Aydın Məmmədov “Qafqazinfo”ya müraciət edib. Onun sözlərinə görə 27 senyabr tarixində, yəni bazar günü saat 9:30 radələrində istirahət üçün Altıağac Milli Parkına getdiyi zaman ərazidə traktorun işlədiyini görüb. A. Məmmədov parka aid olan meşə sahəsində (Altıağac kəndinin “at qəbiristanlığı” deyilən ərazidə) ağacların qırıldığını deyib: “Mən əraziyə çatdığım zaman traktor artıq bir necə ağacı kökündən çıxartmışdı. Mənim onun şəkillərini çəkdiyimi görən traktorçu sifariş əsasında iş gördüyünü bildirdi. Hər hansı bir şikayətim olduğu təqdirdə sifarişçiyə zəng etməyimi deyib işinə davam etməyə başladı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 qaynar xəttinə və Xızı rayon İcra Hakimiyyətinə dəfələrlə zəng etsəm də, istirahət günü olduğundan cavab verən olmadı. Traktorçu inadkarlığımı görüb “işbazlarla” əlaqə saxladıqdan sonra işini yarımçıq qoyaraq hadisə yerini tərk etdi”.
A. Məmmədov onu da qeyd edib ki, bu ərazidə yaşanan birinci hal deyil: “Bəzi işbazlar sahənin kol-kos olduğunu, arı saxlamaq məqsədi ilə icarəyə götürdükləri haqda düzəltdikləri saxta sənədləri göstərərək Altıağac Milli Parkının ərazisindəki ağacları qırır, fərdi yaşayış evləri tikdirirlər. Maraqlısı odur ki, yol çəkilməsi planlanan sahədə 5-6 irigövdəli ağac birdən-birə qurumağa başlayıb”.
Məsələ ilə əlaqədar olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova ilə əlaqə saxladıq. Mətbuat katibi sözügedən ərazinin Milli Parkın ərazisi olmadığını bildirib: “Məsələ ilə bağlı Nazirliyin müvafiq yerli ərazi ekologiya və təbii sərvətlər şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılır və yaxın zamanda geniş məlumat veriləcək”.
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək.
Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib.
Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək.
O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
Ölkəmizdə insanların sağlamlığına verilən önəm, bu sahəyə dövlətin və şəxsən ölkə başçısının diqqət və qayğısı səhiyyəmizin bugünkü yüksək inkişafında bir güzgü kimi əks olunur.