Həcc ziyarətində daha bir azərbaycanlı dünyasını dəyişib.
“Qafqazinfo” nun məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova APA-ya bildirib ki, bu, 1936-cı il təvəllüdlü, Yardımlı rayon sakini Şirinov Əzizağa Məmmədqulu oğludur.
Zəvvar 3 gün öncə günvurma diaqnozu ilə Məkkədəki hospitala yerləşdirilib. Ə. Şironov bu gün yerli vaxtla günorta saatlarında dünyasını dəyişib.
Xatırladaq ki, bir neçə gün əvvəl Məkkədə daha iki zəvvarımız vəfat etmişdi. Onlardan 55 yaşlı Fəxrəddin Zeynallı ürək tutmasından, 58 yaşlı Kəklik Aslanova isə qan təzyiqinin aşağı düşməyi nəticəsində ölüb.