Məşhur rok ifaçısı Chris Broun keçmiş sevgilisi Rihannanı döydüyü üçün Avstraliyadan viza ala bilmir.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı sənətçi dekabrda Avstraliyada konsert vermək istəyir. Lakin adı şiddət hadisələrində hallanan müğənnini ölkəyə buraxmırlar.
Qeyd edək ki, Chris Broun 2009-ci ildə məşhur pop müğənni Rihannanı döymüş və üzünü tanınmayacaqhala salmışdı.
