Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Nazirlik AMEA-da 2 milyon axtarır

Nazirlik AMEA-da 2 milyon axtarır


Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda bir müddətdir davam edən gərginlik pik həddə çatıb.



 



AzVision.az AzNews.az-a istinadən xəbər verir ki, bu gün AMEA-nın Rəyasət Heyyəti Dilçilik İnstitutunda qəfil yoxlamalara başlayıb. Yoxlamalara qurumun Humanitar Elmlər Bölməsinin akademik-katibi Teymur Kərimli bələdçilik edir. Məlumata görə, yoxlama aparan şəxslər institutun maliyyə sənədlərini yoxlayır, əməkdaşların izahatlarını alırlar. İzahatı alınan şəxslərdən biri də institutun istefa vermiş, sonradan vəzifəsini icra etməyə başlamış direktoru, akademik Tofiq Hacıyevdir. Onlardən 2012-ci ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Dilçilik İnstitutuna Maddi texniki bazanın yaxşılaşdırılması və elmi inkişaf üçün ayrılmış 2 milyon manat vəsaitin aqibəti soruşulur. `



İnstitut rəhbərliyi uğurunda mübarizənin getdiyi, “alim klanları” arasındakı müharibənin açıq müstəviyə keçdiyi bir vaxtda belə bir yoxlamanın keçirilməsi əlbəttə təsadüfi sayılmır. 



Bəziləri hesab edir ki, bu yoxlamalar Tofiq Hacıyevin cəzalandırılması üçün təşkil olunub. Yəni onun öz postundan getmək istəməməsi, Akademiya rəhbərliyinə qarşı dirəniş göstərməsinə cavabdır. 



Belə olduqda maliyyə yeyintisinə görə həm onun özünün, həm də ətrafında olan şəxslərin ciddi cəzalanması ehtimalı var.



Amma bir məsələ də var ki, instituta maliyyə ayrılanda Tofiq Hacıyev direktor olmayıb. Və yayılan informasiyaya görə, T.Hacıyevə direktorluq tapşırılandan sonra o, ilk növbədə ayrılan pulların hara xərclənməsinin təftişinə başlayıb. Məlum olub ki, həmin pulun cüzi bir hissəsi aidiyyəti üzrə sərf olunub. Buna görə də direktor, dövlət vəsaitinin “havaya sovrulması” ilə bağlı dəfələrlə aidiyyəti şəxslərə müraciət edib. 



O da bildirilir ki, Tofiq Hacıyevin məhz bu canfəşanlığı AMEA-da onu arzuolunmaz şəxsə çevirib. İnstitut daxilində baş verən qalmaqallar, itaətsizlik də bundan sonra başlayıb. 



Əgər bu informasiyalar doğrudursa, onda belə çıxır ki, əslində yoxlamaların aparılması Tofiq Hacıyevin istəyi olub, yaxud da, onun ürəyincədir. 



Amma bu istəyin kimin xeyrinə işləməsi bəlli deyil. Çünki gələn yoxlama ilk olaraq onun özünü və yaxını hesab oluna alimləri dindirib.



Məlumat üçün bildirək ki, bir müddət əvvəl T.Hacıyev Dilçilik İnstitutunda tutduğu direktorluq postundan istefa vermişdi. Onun istefasına səbəb kimi, institut daxilində intriqalarin şiddətlənməsi və akademiya rəhbərliyinin onun işlərinə müdaxilələr etməsi göstərilirdi. T.Hacıyevini müvəqqəti olaraq Möhsün Nağısoylu əvəzləmişdi. Lakin bu yaxınlarda T.Hacıyev yenidən institutdakı vəzifəsinə geri qayıdıb. O, istefa ərizəsini yazdığı vaxt əsəbi olduğunu və ərizəsini də məzuniyyətdə olduğu vaxt yazdığı üçün qeyri-qanuni olduğunu bildirmişdi. Onun yenidən instituta qayıtması isə gərginliyi bir qədər də artırıb.



Onu da bildirək ki, T.Hacıyev Nəsimi adına Dilçilik İnstitutunda direktor vəzifəsinə 2014-cü ilin aprel ayında təyin edilib. T.Hacıyev bu təyinata əvvəlcə etiraz edib. O, çox yaşlı olduğunu əsas gətirərək, bu vəzifənin yükünü çəkmək istəmədiyini bildirib. Lakin sonradan onu razılaşdıra biliblər.


Teqlər:
Bu xəbər cəmi 940 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR