Bu gün səhər Maldiv prezidentinin mindiyi katerdə partalayış olub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, insident prezident Abdulla Yemin Səudiyyə Ərəbistanında həcc ziyarətini başa vuraraq geri qayıdan zaman baş verib. İlkin məlumata görə, katerdə baş verən partlayışda yaralanan yoxdur.
Dövlət başçısının mətbuat xidmətindən isə bildirilib ki, prezident sağ-salamatdır, partlayışın səbəbləri araşdırılır.