Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Avtomobil dayanacaqları: qanunun tələbi və real vəziyyətin təhlili

Avtomobil dayanacaqları: qanunun tələbi və real vəziyyətin təhlili


Azərbaycan bələdiyyə sisteminin mövcud durumunu təhlil etdikdə uğurlarla yanaşı,  sistemin qarşılaşdığı bir sıra ciddi problemləri görməmək  mümkün deyil. Bu problemlərin mövcudluğu nəticədə bələdiyyələrin maliyyə durumuna mənfi təsir etməklə, sakinlərin qarşılaşdığı problemlərin həllini ləngidir.



Qeyd edək ki, bu problemlərdən biri də avtomobil dayanacaqlarıyla bağlıdır.



Öncə məsələnin hüquqi tərəfinə diqqət yetirək. 1999-cu ildə prezident təsdiqindən sonra qüvvəyə  minən “Bələdiyyənin maliyyəsinin əsasları haqqında” Qanunun 7.1.6 maddəsində, həmçinin 2001-ci ildə qüvvəyə minən “Yerli vergilər və ödənişlər haqqında” Qanunun  9.1.5.maddəsinə əsasən bu istiqamətdən daxil olan ödənişin yerli orqanlara aid edilməsi birmənalı olaraq göstərilir.



Belə ki, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1.5. maddəsində yazılıb:



 “9.1.5. bələdiyyə ərazilərində hüquqi və fiziki şəxslərə məxsus olan ixtisaslaşdırılmış avtomobil dayanacaqları və ya bələdiyyələrin qərarına əsasən müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqları üçün ödəniş. Bu ödəniş hər bir nəqliyyat vasitəsi üçün sutkada 0,1 manatdan çox olmamaqla müəyyən edilir.”



Adiçəkilən Qanunun 11.3 maddəsində isə qeyd olunur:



“11.3. Bu Qanunun 9.1.5.-ci maddəsində göstərilən ödənişlər hər bir ödəyicidən tutularaq, bələdiyyələr tərəfindən müəyyən edilmiş müddətlərdə və qaydalarla bələdiyyələrə ödənilir.”



Bu Qanundan irəli gələrək  Azərbaycan Respublikası Vergilər Nazirliyinin  13 may 2015-ci il tarixli əmri ilə təsdiq edilmiş “Yerli (bələdiyyə) vergi və ödənişlərin hesablanması, ödənilməsi və uçotu ilə bağlı Metodiki Vəsait”də də açıq-aydın yazılır:



“7.5. Bələdiyyə ərazilərində hüquqi və fiziki şəxslərə məxsus olan ixtisaslaşdırılmış avtomobil dayanacaqları və ya bələdiyyələrin qərarına əsasən müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqları üçün ödəniş.”



“Bələdiyyə ərazilərində hüquqi və fiziki şəxslərə məxsus olan ixtisaslaşdırılmış avtomobil dayanacaqları və ya bələdiyyələrin qərarına əsasən müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqları üçün ödəniş hər bir nəqliyyat vasitəsi üçün sutkada 0,1 manatdan çox olmamaqla dayanacaqları təşkil edən şəxslər tərəfindən müvafiq bələdiyyənin büdcəsinə ödənilir.”



Etiraf edilməlidir ki, yuxarıda adıçəkilən Qanunun bir sıra  digər maddələrində müəyyən qeyri-müəyyənlik olsa da, bu maddədə hər bir məqam konkert göstərilir. Yəni bu maddəyə bir kimsə etiraz edə bilməz.



Bir məqamı da vurğulamaq yerinə düşərdi ki, adıçəkilən qanunlardan irəli gələrək həmin dövrdə Bakı Şəhər İcra Hakimiyyəti başçısının paytaxtda olan dayanacaqların bələdiyyələrə verilməsi barədə sərəncam imzalayaraq (01.09.2000-ci il tarixli № 849 saylı) dayanacaqları müvəqqəti olaraq bələdiyyələrin istifadəsinə vermiş və bu addımını “icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrin maliyyə problemlərinin həll olunmasına kömək məqsədi ilə” həyata keçirildiyi bildirilmışdir...



Beləliklə, “bələdiyyə ərazilərində olan hüquqi və fiziki şəxslərə məxsus olan ixtisaslaşdırılmış avtomobil dayanacaqları və ya bələdiyyələrin qərarına əsasən müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqları üçün  hər bir nəqliyyat vasitəsi üçün sutkada 0,1 manatdan çox olmamaqla” ödənişlər bu şəxslər tərəfindən yerli büdcəyə ödənilməlidir.



Bu gün real vəziyyət isə  ondan ibarətdir ki, dayanacaq sahibləri olan hüquqi və fiziki şəxslər bələdiyyələrə Qanunla aid edilən ödənişi həyata keçirmir  və heç buna maraqda göstərmirlər.  Bu gün bizdə olan digər məlumata görə,  Bakı bələdiyyələrinə vəsaitin köçürülməməsindən başqa, aidiyyəti icra strukturları tərəfindən bələdiyyələrə sərbəst şəkildə dayanacaq təşkilinə də imkan verilmir. Səbəb kimi onların torpaq mülkiyyətinə sahibi olmaması göstərilir. Deməliyəm ki, bu sadəcə bəhanədir. Qanunda bələdiyyə ərazilərindən söhbət gedir. Bələdiyyə ərazilərinə, isə sadə məntiqlə yanaşsaq,  həm dövlət mülkiyyətində olan, həm şəxsi mülkiyyətdə,  həm də bələdiyyənin fondunda olan torpaqlar aiddir. Və  bu  qaydalar qanunda  qeyd edildiyi kimi bələdiyyə tərəfindən təsdiq olunur.



Bir çox bələdiyyələr məhəllədaxili gecə dayanacaqlarını təşkil etməyə  çalışsalar da, hazırda onlar ciddi maneə ilə üzləşmək məcburiyyətində qalıb. Bu gün bələdiyyələr tərəfindən yığılan vəsait, ancaq avtobusların son dayanacaqlarından əldə edilir.



Bu istiqamətdə apardığımız təhlil və araşdırmalardan belə qənaətə gələ bilərik ki, Bakı Şəhər İcra  Hakimiyyətinin təsərrüfat hesablı Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi, o cümlədən digər özəl strukturlar bu vəsaiti ödəməkdən nədənsə çəkinirlər.  Məhz  Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi tərəfindən  bələdiyyələrə yazılmış cavablara diqqət yetirsək görə bilərik ki, bu strukturun hüquqşünasları istər Ulu öndər Heydər Əliyev, istərsə də cənab prezident İlham Əliyev tərəfindən imzalanan Qanunların məzmunundan bəlkə də xəbərsizdir. 



Nəticə olaraq demək olar ki, onlarca müxtəlif səpgili bəhanə gətirməkdənsə müvafiq aidiyyəti orqanlar avtodayanacaqlardan daxil olan ödənişlərin yerli büdcəyə aid edilməsini qəbul etməli, əldə olunan vəsaitdən yerli büdcəyə aid olan hissənin ödənilməsini təmin etməlidirlər. Nəzərə almaq lazımdır ki, dövlət bu gün bələdiyyələrin inkişafına maraqlıdır. Məhz bu marağın nəticəsiydi ki, cənab prezident İlham Əliyevin imzasıyla ötən iki il ərzində yerli orqanların inkişafını təmin edən, onların qarşılaşdığı problemlərin həllinə yönələn onlarca hüquqi sənəd təsdiqlənib.



Son olaraq bir məqamı da qeyd edək ki, “Bələdiyyələrin statusu haqında” haqqında Qanunun 47 maddəsində birmənalı olaraq qeyd olunur: "Yerli özünüidarənin Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə müəyyənləşdirilmiş hüquqlarının məhdudlaşdırılması qadağandır". 



Gəlin qanunlarımızdan irəli gələn məqamlara hörmətlə yanaşaq.



 



 Vüqar TOFİQLİ


Teqlər:
Bu xəbər cəmi 1035 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR