Rusiya HHQ Suriyanın Aleppo şəhərində İŞİD və Əhrar əş-Şam döyüşçülərinin mövqelərinə aviazərbələr endirib.
“Qafqazinfo” oxu.az-a istinadən xəbər verir ki, Suriya ordusu yaraqlılara yerdən hücuma keçərkən, Rusiya bombardmançıları terrorçuların Dəyr Hafer şossesindəki mövqelərinə havadan zərbələr endiriblər. Əməliyyat zamanı 140 yaxın yaraqlı öldürülüb. Aleppo şəhərində döyüşlər hələ də davam edir.
Ərəb mətbuatı yazır ki, Suriya ordusuna havadan dəstəyi məhz Rusiya HHQ-i göstərir. Nəşrin məlumatına əsasən,Rusiya təyyarələri yüksək dəqiqliklə Alepponun şərqində döyüşçülərin mövqelərini məhv ediblər.
Nəşr həmçinin qeyd edib ki, bu Rusiya tərəfindən 4 ildir ki davam edən Suriya münaqişəsinə ilk hərbi müdaxilədir.
Əməliyyat yerinə yetirildikdən sonra bütün təyyarələr Cableh şəhərindəki aviabazaya qayıdıblar. Hal-hazırda Rusiya aviasiyası Dəməşq, Latakiya və Hama vilayətlərini havadan müdafiə edir.
Suriya ordusunun baş zabiti Rusiya HHQ-nin hücumunun SAAF ilə razılaşdırıldığını bildirib.
Onun sözlərinə görə, hücum zamanı komandiri ilə birlikdə “Azərbaycan tabor”u məhv edilib.