Azərbaycan Respublikasının əməkdar artisti, tanınmış müğənni Baloğlan Əşrəfov Bakıdan Masallıya gedərkən Biləsuvar rayonu ərazisində ağır yol qəzası keçirib.
“Qafqazinfo” xəbər verir ki, hadisəylə bağlı informasiyanı Trend-ə qəza şahidləri veriblər.
Trendin əməkdaşı məsələyə aydınlıq gətirmək üçün Baloğlan Əşrəfovun özü ilə əlaqə saxlayıb. Trendə açıqlamasında əməkdar artist informasiyanı təsdiq edib: “Bəli, qəza olub, çox həyəcan keçirdik. Allah bu dəfə də bizi qorudu. Şükür Allaha, salamatçılıqdır. Hələ də hadisənin şokundayıq”.