Yeni Azərbaycan Partiyasının ən gənc namizədlərindən olan Aysel Əlizadənin deputatlığa namizədliyi qeydə alınıb.
“Qafqazinfo” xəbər verir ki, A.Əlizadənin namizədliyi 8 saylı Binəqədi seçki dairəsindən irəli sürülüb.
Qeyd edək ki, A.Əlizadə 1989-cu ildə anadan olub. Hazırda 135 saylı tam orta məktəbdə Uşaq Birliyinin rəhbəri vəzifəsində çalışır.