Üzeyir Hacıbəyli VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Dövlət Opera və Balet Teatrında məşhur italyan bəstəkarı Cakomo Puççinin “Manon Lesko” operasının premyerası olub.
“Qafqazinfo” xəbər verir ki, tamaşanın musiqi rəhbəri və dirijoru Xalq artisti, professor Cavanşir Cəfərov, Xormeyster Əməkdar İncəsənət Xadimi Sevil Hacıyeva, Konsertmeysterlər Vəfa Əzizova, Roza Səlimova, tamaşanı idarə edən Əməkdar Mədəniyyət İşçisi Kamil Sultanovdur.
Əsərin Manon Lesko rolunu Əməkdar Artist Afaq Abbasova, Kavaler de Qrie Xalq Artisti Samir Cəfərov və Əməkdar Artist Fərid Əliyev, Qeront de Ravuar Əməkdar Artist Əkrəm Poladov, Lesko Əməkdar Artist Anton Ferştandt, Edmondo Əliəhməd İbrahimov, Fənərçi rolunu isə Atəş Qarayev ifa edib.
“Manon Lesko” ilk dəfə 1893-cü il fevralın 1-də Turində səhnəyə qoyulub. Opera C.Puççininin yaradıcılığında ən möhtəşəm əsər sayılır. Operanın librettosu Antuan Fransua Prevonun “Kavaler de Qrie və Manon Leskonun hekayəsi” kitabı əsasında yazılıb. Əsər Avropada böyük şöhrət qazanıb.