Türkiyə prezidentiı Rəcəb Tayyib Ərdoğan Məkkədə yaşanan faciəylə əlaqədar media qarşısında açıqlamalar verib.
“Qafqazinfo” musavat.com-a istinadla xəbər verir ki, Ərdoğan Məkkədə ölən 753 zəvvarın 14-nün Türkiyə vətəndaşı olduğunu bildirib və deyib:
"Səudiyyə rəhbərliyinin həcc təşkilatıçılığyla əlaqədar planla işlədiklərini bilirəm. Nəqliyyatla bağlı nə kimi işlər gördüklərini də çox yaxşı bilirəm. Hacı namizədlərinin tələblərini qarşılaya bilmədikıərinə görə kədərləndiklərini də çox yaxşı bilirəm".
Prezident baş verən faciəyə görə Səudiyyə hakimiyyətini qınamamağı tövsiyə edib:
"Oradakı inşaat işlərinin azaldılması lazım idi. Buna da mənfi yanaşmalar oldu. Kimisi rəhbərlik dedi, kimisi təşkilatda çətinliklər var dedi. Mən bu yanaşmaları doğru saymıram. Dünyanın hər yerindəki tədbirlərdə belə şeylər olur. Bunlara baxarkən stəkanın dolu tərəfindən baxmaqda fayda var. Bu mövzuda Səudiyyə Ərəbistanını birbaşa günahlandırmağı doğru hesab etmirəm.
Hər ölkənin buna bənzər bəzi əskikləri ola bilir.
Asan deyil, 4 milyondan artıq zəvvar eyni vaxtda Məkkəyə gedir.
Belə bir şeyi könlümüz əsla qəbul etməz. Rəbbimiz təkrarından qorusun deyirik. Tədbirlər olacaq, amma burada Səudiyyə Ərəbistanına qarşı təcavüzkar davranışları doğru saymıram".