Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda 1/4 final mərhələsi sona yaxınlaşır.
Dünya Kubokunun mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, bu gün iki cütlük arasında tay-brek görüşləri keçirilir.
Yarımfinala vəsiqə uğrunda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovla Sergey Karyakin (Rusiya) və Pyotr Svidlerlə (Rusiya) Vey Yi (Çin) mübarizəni davam etdirir.
Turnirə oktyabrın 5-də yekun vurulacaq.