Millət vəkili Elmira Axundovanı seçiciləri narazılıqla qarşılayıb.
“Qafqazinfo” aznews.az-a istinadən xəbər verir ki, o, seçkiöncəsi Masallı sakinləri ilə görüşüb, onların problemləriylə maraqlanıb, ehtiyacı olan şəxslərə yardım etməyə hazır olduğunu bildirib. Lakin seçicilər ona etiraz edərək, deputat olduğu son beş ildə onlarla maraqlanmamaqda, mövcud problemlərin həlli istiqamətində heç bir addım atmamaqda ittiham ediblər. Onlar Axundovanın indi "ayılmasını" yenidən parlamentə seçilmək istəməyilə əlaqələndiriblər və buna qarşı olacaqlarını dilə gətiriblər. Sakinlərlə millət vəkili arasında narazılıq yaranıb.
Qeyd edək ki, Elmira Axundova 71 saylı Masallı kənd Seçki Dairəsindən növbəti dəfə namizdliyini irəli sürüb. O, daha öncə 2 dəfə - III (2005-ci il) və IV (2010-cu il) çağırışlarda bu dairədən millət vəkili seçilib.