“Barselona” 2021-ci ildə yeni stadion açacaq.
“Qafqazinfo”nun qol.az-a istinadən yaydığı xəbərə görə, bununla bağlı Kataloniya klubu layihə təsdiq edib. Yeni stadionun 105 min tamaşaçı tutumuna malik olacağı gözlənilir.
Stadionda tikinti işlərində 2017-ci ilin may ayında başlanacağı planlaşdırılır.
Bildirilir ki, yeni stadion 400 milyon avroya başa gələcək.