Sentyabrın 28-də Nyu-Yorkda ABŞ prezidenti Barack Obama ilə Rusiya prezidenti Vladimir Putin arasında görüş olacaq.
“Qafqazinfo”nun azadlıq.org-a istinadən məlumatına görə, görüş BMT Baş Assambleyasının sessiyası çərçivəsində baş tutacaq.
Bu barədə sentyabrın 24-də Kremlin sözçüsü Dimitri Peksov məlumat verib.
ABŞ rəsmiləri də prezidentlərin görüşünü təsdiqləyiblər.
Onların sözlərinə görə, görüş Putinin xahişi ilə keçiriləcək və təklifi qəbul etməmək məsuliyyətsizlik olardı.
Görüşdə əsasən Ukrayna münaqişəsinin müzakirə olunacağı gözlənilir.