Rusiya prezidenti Vladimir Putin dünya şöhrətli müğənni Elton Cona zəng edib.
“Qafqazinfo” The Guardian-a istinadən xəbər verir ki, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Onun sözlərinə görə, Putin Cona zəng edərək prankerlərin (telefon zarafatı edən şəxslərin) zarafatına görə üzr istəyib.
Rusiya lideri Elton Condan bu zarafata fikir verməməyi, əslində həmin şəxslərin yaxşı insan olduğunu bildirib.
Putin ifaçı ilə görüşməyə hazır olduğunu, istədiyi hər mövzuda müzakirə apara biləcəyini qeyd edib.
Xatırladaq ki, sentyabrın 16-da Vovan adı ilə tanınan pranker Elton Conla Putinin adından danışdığını etiraf etmişdi. Müğənni isə buna normal yanaşdığını və Putinlə görüşə hazır olduğunu vurğulamışdı.