Bəzi şəxslər avtomobilin rəngini dəyişdirdikdə mövcud qaydalara əməl etmirlər. Nəticədə də yol polisi həmin sürücüləri asanlıqla cəriməliyir.
Bəs, avtomobilin rəngini dəyişdrimək üçün hansı qaydalara əməl edilməlidir? Ekspertlər deyir ki, sürücü avtomobilin rənginin dəyişdirdikdən sonra avtomobili təkrar dövlət qeydiyyatına alınması üçün Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etməlidir.
Sürücülər avtomobilin rəngi dəyişdirdikdən sonra nəqliyyat vasitəsini texniki baxışdan keçirmək üçün 20 manat, qeydiyyat şəhadətnaməsinin dəyişdirilməsi üçün isə 17 manat dövlət rüsumu ödəməlidir. Bu qaydalara əməl etməyən sürücüləri isə cərimə gözləyir.