Dünya şöhrətli Rusiya müğənnisi Leonid Aqutin Bakıdadır.
“Qafqazinfo”nun məlumatına görə, bu barədə ifaçı özü informasiya yayıb. Aqutin Bakının bu səhərki üfüqünü belə təsvir edib:
“Sabahın xeyir, Bakı! Açığını desəm, elə təəccüblənmişəm ki, harada olduğumu unutmuşam.
Eyvana çıxdım və heyrətə gəldim!”
Qeyd edək ki, Leonid Aqutinin Bakıya xüsusi toy dəvətiylə gəldiyi ehtimal edilir. Çünki yaxın bir neçə gündə ölkədəki mədəniyyət mərkəzlərindən heç birində müğənninin konserti nəzərdə tutulmayıb.