Prezident İlham Əliyev İbrahim Məmmədovla bağlı sərəncam imzalayıb.
"Qafqazinfo" xəbər verir ki, sərəncama əsasən, İbrahim Məmməd oğlu Məmmədov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsindən azad edilir.
Qeyd edək ki, bir müddətdir ki, mətbuatda AZTV sədri Arif Alışanovla müavini İbrahim Məmmədov arasında narazılıqlar olduğuna dair məlumatlar yayılır. Maraqlıdır ki, İ.Məmmədov artıq bir neçə aydır ki, AZTV-nin efirində görünmür. Telekanal onun məzuniyyətdə olduğunu bildirsə də, daha sonra onun səhhəti ilə bağlı problemlər olduğu məlum olub.