Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”) 5 filialının fəaliyyətini dayandırıb.
“Qafqazinfo” azadliq.info-ya istinadən xəbər verir ki, bu barədə şirkətin İdarə Heyətinin sədri Məmməd Məmmədov məlumat verib. Onun sözlərinə görə, söhbət Bakıdakı 2 saylı filialdan, eləcə də Sumqayıt və Naftalan şəhərlərində, Zərdab rayonlarında olan filiallardan gedir. Onların bağlanması fəaliyyətlərinin iqtisadi cəhətdən səmərəli olmaması ilə bağlıdır. Həmçinin ilin sonuna qədər özünü doğrultmayan daha bir neçə filialın fəaliyyətinin dayandırılması nəzərdə tutulub.