Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Qaz çəkilməyəcək” - Əkbər Hacıyevdən maraqlı açıqlama

“Qaz çəkilməyəcək” - Əkbər Hacıyevdən maraqlı açıqlama


“Gədəbəyin Ermənistanla sərhədd ərazidəki Şinıx bölgəsində qazlaşdırmadan kənarda qalmış 20-ə yaxın kəndinə qaz çəkilməyəcək”.



“Qafqazinfo” Virtualaz.org-a istinadən xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev bu gün keçirdiyi mətbuat konfransında deyib. O, bunun səbəbini həmin kəndlərin “dağlıq ərazidə yerləşməsi ilə” izah edib: “Həmin bölgədə 24 kənd var, onlardan 3-ə qaz çəkilib, çünki aran hissə idi. Digər kəndlər isə sıldırım qayalıq ərazidə yerləşir və hərəsində 10-20 ev var. Elə əraziyə qaz çəkmək üçün texnika yoxdur. Ümumiyyətlə, ən inkişaf etmiş Avropa ölkələrində belə dağın başında yerləşən, 10-20 ailənin yaşadığı kəndlərə 40 km-lik qaz borusu çəkilmir. Bir sözlə, həmin kəndlərə qaz çəkilməsi planlaşdırılmır. Çünki bu, iqtisadi cəhətdən özünü doğrultmur”.



Baş direktor əlavə edib ki, həmin kəndin əhalisi qaz balonları, yəni daşınan maye qazla qaz ehtiyaclarını təmin edə bilərlər.



Xatırladaq ki, Gədəbəyin Ermənistanla sərhəd Şınıx bölgəsinin qazlaşdırılması 2010-cu ildə başlayıb. Lakin “Azəriqaz” bölgənin cəmi 3 kəndini qazlaşdırdıqdan sonra işləri yarımçıq qoyub.



Bölgəyə qədər əsas qaz xətti çəkilsə də müəmmalı səbəbdən həmin kəmərin cəmi 3-4 kilometrliyində yerləşən kəndlərə kiçik diametrli borularla qazın paylanması həyata keçirilməyib. Bu isə yanacaq kimi odundan istifadə edən bölgə əhalisinin güzəranının get-gedə ağırlaşmasına səbəb olur.



Bölgə əhalisi bildirir ki, artıq meşə fondu tükənib və ekoloji fəlakət əlamətləri özünü göstərir. İndi Əkbər Hacıyevin düşmənlə sərhəddə ağır şəraitdə yaşayan bu kəndlərin əhalisinə göndərdiyi mesaj əsl sensasiya və prezidentin bölgələrdə qazlaşdırma işlərinin sürətləndirilməsinə dair verdiyi tapşırıqlara qarşı sabotaj hesab oluna bilər.



“Azəriqaz” rəhbərinin həmin kəndlərin niyə qazlaşdırılmayacağına dair dedikləri isə tamamilə absurddur. Çünki bölgəyə gedib baxmaq kifayətdir ki, həmin kəndlərin əvvəl qazlaşdırılan 3 kənddən relyef baxımından heç nə ilə fərqlənmədiyini görəsən.



Bu kəndlərə nəinki texnika işləyir, eyni zamanda ilin istənilən vaxtında ora istənilən minik maşını ilə gedib-gəlmək mümkündür. Həmçinin bu kəndlərin hərəsində 10-20 yox, onlarla və yüzlərlə ev var.



Onu da xatırladaq ki, SOCAR qonşu Gürcüstanda Azərbaycan qazı hesabına nəinki texnikanın çətin hərəkət etdiyi kəndləri qazlaşdırır, eyni zamanda ümumiyyətlə texnika işləməyən yerlərdə boruları vertolyotla daşıyır.



 



“Qaz çəkilməyəcək” -  Əkbər Hacıyevdən maraqlı açıqlama


Teqlər:
Bu xəbər cəmi 1065 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR