Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bakıdakı evləri satıb xaricdə mülk alırlar

Bakıdakı evləri satıb xaricdə mülk alırlar


Ötən ilin sonları ilə müqayisədə indi bir sıra Avropa və MDB ölkələrindən mənzil alan azərbaycanlıların sayında artım müşahidə edilməkdədir.



“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, bu dəyişiklik «MBA» konsaltinq şirkətinin əmlak bazarında apardığı araşdırma nəticəsində müəyyən edilib. Şirkətdən verilən məlumata görə, artım çox olmasa da əmlak bazarının bütün sektorlarında - həyət evləri və villa, ilkin və təkrar mənzil bazarlarında bu dinamika müşahidə edilməkdədir.



Xaricdə ev alanlar arasında Bakıdakı mənzilini və ya həyət evini satıb Moskva və Peterburqda yeni ev əldə edənləir də az deyil. Adətən, bu addımı Rusiyada yaşayan ailələr çoxdan atır. Gənc yaşlarında Rusiyadakı mənzillə yanaşı Bakıda da ev almış belə adamlar ahıl yaşlarında övladlarını Azərbaycana yerləşdirmək istəsələr də, gənclər bununla razılaşmır. Valideynlər də əlverişli məqam axtararaq Bakıdakı ehtiyat mənzili satıb Rusiyadan ikinci mənzil almağa çalışırlar.



Son aylarda Rusiya rublunun dollar qarşısında dəyər itirməsi buna imkan verir. Hazırda 1 dollar təxminən 70 rubla bərabərdir. Halbuki 1 il qabaq bu, 35 rubl ətrfında dəyişirdi. Bu səbəbdən Moskva və Piterdə mənzillər ucuzlaşaraq Bakı qiymətlərinə uyğunlaşıb. Nəticədə, vəsaitlər Bakının əmlak bazarından bu şəhərlərin bazarına axmağa başlayıb.



Əmlak bazarı üzrə ekspert, «MBA» konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov ANS PRESS-ə müsahibəsində bu ilin yanvarından başlayaraq əmlakı satışından vergi tutulmasının da Bakıdakı əmlak bazarına marağı azaltdığını bildirir. «Ehtiyat pullarını mənzil bazarına yatırmaq istəyənlər artıq başqa bazarlara üz tuturlar. Çünki lazım olanda Bakıda mənzili satmaq istəyən zaman mütləq vergi ödəməli olacaqlar».



Keçən ildən başlayaraq Azərbaycanda daşınmaz əmlak satışından tutulan vergi isə 3 ildən tez satılan mənzillərdən tutulur. Mənzil və evlərin satışı zamanı əldə edilən gəlirdən tutulan vergi fiziki şəxslərin gəlir vergisi formasında tutulur. Mənzilin satıldığı və alındığı qiymətlər arasında fərq 30 min manata qədərdirsə həmin məbləğin 14 faizi səviyyəsində vergi tutulur. Qiymət fərqinin 30 min manatdan yuxarı məbləğinə isə 25 faizlik vergi dərəcəsi tətbiq edilir.



Məsələn, 50 min manata alınmış mənzil 100 min manata satılırsa, əldə edilən 50 min manat gəlirdən vergi tutulur. Bu məbləğin ilk 30 min manatından 14 faizlə vergi tutulur ki, bu, 4200 manat edir. Sonrakı 20 min manat isə 25 faizlə vergiyə cəlb edilir və bu da 5 000 manat edir. Beləliklə, 100 min manatlıq bu mənzilin satışından 10 min manata yaxın vergi ödənir ki, iş adamları bunun böyük itki sayırlar. Sadə adamlar isə ümumiyyətlə bu cür alqı satqıdan kənar dururaraq mənzil şəraitlərini belə yaxşılaşdırmaq istəmirlər. Nəticədə, mənzil bazarında durğunluq yaşanır və qiymətlər düşməyə başlayır.





Dolların rus rublu qarşılığında qiymət dəyişməsi 



Düzdür, Vergi Məcəlləsinin 102.1.9-cu maddəsində bildirilir ki, vergi ödəyicisi azı 3 il ərzində əsas yaşayış yeri olan daşınmaz əmlakının təqdim edilməsindən əldə olunan gəlir vergisindən azaddır. Lakin “Value&Sources” konsaltinq şirkətinin rəhbəri Rəşad Əliyev fikrincə, mövcud şəraitdə hansı mənzilin əsas yaşayış yeri olması isbatlamaq çətindir. “Daimi yaşayış yeri xüsusi qanunla tənzim edilir. Bəzən isə qeydiyyat məsələsi əsas götürülür»,- deyə ekspert ANS PRESS-ə bildirib.



Amma bu, real vəziyyətə uyğun gəlmir. Ölkədə 500 mindən artıq ev insanların daimi yaşayış yeri olsa da heç bir qeydiyyət sənədi yoxdur. Bu, Azərbaycanın ailə təsərrüfatlarının 25 faizi deməkdir. Yəni qanunvericilik real vəziyyətə uyğunlaşdırılmalıdır.



Rəşad Əliyev dünyanın müxtəlif ölkələrində əmlak bazarından müxtəlif cür vergi tutulduğunu bildirir: “Bəzi ölkələrdə vergi dövriyyədən tutulur. Məsələn, 100 min dollarlıq ev satılanda 3-4 minə qədər vergi ödəyirlər. Bəzilərində isə, bizimki kimi gəlir vergisi tutulur. İndi elə variant seçilməlidir ki, büdcə gəlirləri ilə yanaşı, əmlak bazarında aktivliyə də şərait yaratsın”.



Ekspertin vacib gördüyü bu “qızıl orta” mütləq təmirn edilməlidir. Əks halda, Azərbaycanın əmlak bazarını mütəmadi olaraq iri məbləğdə pullar tərk edəcək. Nəticədə, tikinti sektorunda işsizliyin artması ilə yanaşı, ölkənin devalvasiya riskləri də artacaq, Mərkəzi Bankın valyuta ehtiyatları azalacaq və manat növbəti dəfə dəyərini itirəcək. Yəni zərbə yenə bizə dəyəcək.


Teqlər:
Bu xəbər cəmi 1115 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR