Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Rayonlarda kredit faizi Bakıdan 2 dəfə yüksəkdir”

“Rayonlarda kredit faizi Bakıdan 2 dəfə yüksəkdir”


“Mərkəzi Bankın məlumatına görə, Azərbaycanda kreditlər orta 13,4 faizlə təklif edilir. Baş bankdan rəsmi olaraq bildirirlər ki, paytaxt sakinləri kreditlərinə orta hesabla 12 faiz ödəyirlər”.



“Qafqazinfo” xəbər verir ki, bu barədə iqtisadçı ekspert Vüqar Bayramov sosial şəbəkədə yazıb. Onun sözlərinə görə, region bir az genişləndə, yəni Abşeron iqtisadi rayonunda bu göstərici 19 faizədək yüksəlir: “ Mərkəzi Bankin rəsmi statistikasına əsasən, Lənkəran iqtisadi rayonunda orta kredit faizləri Bakı ilə müqayisədə 2 dəfə çoxdur. Dağlıq Şirvan və Aran iqtisadi rayonunda da vəziyyət cənub bölgəsindən kəskin fərqlənmir: rəsmi göstəricilər uyğun olaraq 23 və 22.9 faizdir. Şəki-Zaqatala iqtisadi rayonunda yaşayanlar isə kreditə görə orta hesabla 22.1 faiz ödəyirlər”.



Ekspert bildirib ki, Mərkəzi Bankın kredit faizlərinin regional bölgüsü ilə bağlı hesabatı iki mühim məqamı gündəmə gətirir: “Birincisi, niyə rayonlarda orta kredit faizi Bakıya nisbətən 2 dəfə yüksəkdir? İkincisi, doğurdanmı paytaxtda 12 faizə kredit təklif edilir?



Əvvəla, rayonlarda faizlərin yüksək olmasının əsas səbəblərdən biri bölgələrin biznes kreditlərin daha az faydalanması ilə bağlıdır. Belə ki, risklərini sığortalamaq istəyən banklar nisbətən aşağı faizli biznes kreditlərini Bakıda təklif etməyə üstünlük verirlər. Bu isə bir tərəfdən, bankların regionlarda real sektoru daha az dəstəkləməsinə, digər tərəfdən isə rayon sakinlərinin bahalı kreditlərdən istifadə etməsinə səbəb olur. Eyni zamanda, nisbətən aşağı faizli ipoteka kreditlərinin da məhz daha çox paytaxtın payına düşməsi kredit faizlərinə təsir göstərir. Belə ki, indiyədək təqdim edilən 17079 ədəd ipoteka kreditinin 11679-u paytaxtın, 1563-u Sumqayıtın, 773-ü Abşeron və Xırdalanın, 599-u Gəncənin, 142-i Naxçıvanın payına düşüb. Mingəçevir 65, Lənkəran isə 35 ipoteka kreditindən faydalana bilib. Son 9 ildə rayonların əksəriyyətinin aldığı ümumi ipoteka kreditlərinin sayı 10-dan az olub. Bu isə, ipoteka kreditlərindən istifadə də Bakı ilə rayonlar arasında kəskin fərqin olduğunu göstərir. Bu isə təbii ki, orta kredit faizlərinə təsir göstərməkdədir. Rayonlarda bank filallarının sayının az olması və bu səbəbdən Bakı ilə müqayisədə zəif rəqabət də kredit faizlərinə təsir göstərir. Bu baxımdan, kreditə çıxış imkanlarının asanlığı da məhz kredit faizlərinə təsir göstərən əsas faktorlardan hesab edilir”.



V. Bayramov vurğulayıb ki, rəsmi orta kredit faizləri ilə vətəndaşların cəlb etdiyi istehlak kredit faizləri arasında fərq mövcuddur: “Aydındır ki, Bakıda 12 faizə nəinki istehlak və hətta əksər hallarda biznes kreditləri cəlb etməkdə xeyili müşkül görünür. Orta kredit faizlərinin nisbətən aşağı olması isə faizlərin hesablanması metodologiyasında güzəştli kreditlərinin da faizlərindən istifadə edilməsidir. Bu hesablama orta faiz ilə real faiz arasında fərq yaradır. Bununla yanaşı, təbii ki, orta faizdən daha çox, istehlak kreditlərinin faiz dərəcələrinin azaldılması istiqamətində fəaliyyətlərin gücləndirilməsi daha vacibdir”.


Teqlər:
Bu xəbər cəmi 880 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR