Baş nazir Əhməd Davudoğlu liderliyində qurulan Müvəqqəti Nazirlər Kabinetinin ikinci konfransı bu gün Çankaya Köşkündə baş tutub.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, yığıncaqda Müvəqqəti Nazirlər Kabinetində vəzifə alan Avropa Birliyi naziri Konca ilə İnkişaf naziri Doğan Nazirlər Kabinetinin üzvlüyündən istefalarını Davutoğluna təqdim edib.
Baş nazir Davudoğlu iki nazirin istefasını qəbul edib.
Davudoğlu HDP-li olan Konca və Doğana hökumətdən istefalarının öz qərarları olduğunu bildirib.
Müvəqqəti Nazirlər Kabinetində boşalan iki yer üçün ən qısa zamanda yeni şəxslər seçiləcək.