Qurban bayramı günlərində (sentyabrın 24-27-də) "Azərbaycan Dəmir Yolları" QSC-nin müəssisə və stansiyalarında fasiləsiz iş rejimi tətbiq ediləcək.
“Qafqazinfo” report-a istinadən xəbər verir ki, sərnişin daşımaları Departamenti bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək.
Onun sözlərinə görə, bayram günlərində sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20 ədəd əlavə vaqonun qoşulması təmin ediləcək.
Sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçiriləcək. Bilet satış kassaları saat 07:00-dan 23:00-a kimi işləyəcək.
Bundan başqa, iş adamlarının nəzərinə çatdırılır ki, vaqonların yüklənməsi və boşaldılması prosesində fasilələr olmayacaq.