Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Dərsliklərdəki söyüşün səbəbi - Nazirlik toplandı

Dərsliklərdəki söyüşün səbəbi - Nazirlik toplandı


Son günlər sosial şəbəkələrdə geniş müzakirə edilən Azərbaycan dərsliklərində olan problemlərlə bağlı Təhsil Nazirliyi tərəfindən tədbir keçirilib.



Tədbirdə Təhsil Problemləri Institunun direktor müavini Ənvər Abbasov, Təhsil Problemləri Institutunun şöbə müdiri Asəf Hacıyev, 8-ci sinif Azərbaycan dili dərsliyinin müəllifi, BDU-nun professoru Tofiq Hacıyev, digər müəllifi Samirə Beqtaşi, Mehriban Vəliyeva, Yeganə Əliyeva, Təhsil Nazirliyinin təhsil resursları şöbəsinin müdiri Əsgər Quliyev iştirak edib.



Tədbirdə çıxış edən Təhsil Problemləri Institunun direktor müavini Ənvər Abbasov bildirib ki, bütün dərsliklər standartlara uyğun yazılır.



"Bütün normativlər həll yerdə gözlənilməlidir ki, vahid prinsip olsun. Azərbaycan dili ilə bağlı standartlar yaranarkən bunun üzərində böyük komissiya işləyib və komissiyanın sədri Nizami Cəfərov olub. Komissiyanın 23-ə qədər üzvü olub. Dərsliklər də həmin tələbə uyğun olaraq hazırlanır”.



8-ci sinif Azərbaycan dili müəllifi Samirə Beqtaşi də dərsliyi yazarkən məhz həmin standartlardan yola çıxdıqlarını qeyd edib.



"Bu günki uşaqların danışıq leksikonu götürdük və istədik ədəbi dillə qarşılaşdıraq. Şagirdlərin danışaqlarına baxdıq, izlədik və dərslikdə bu yolla getdik. Bu dialoqa getməyimizin səbəbi dilimizin saflığını qorunması ilə bağlıdır. Bizdə qərara gəldik ki, 8-ci sinifdən onları yaxşı danışmağa yönəldək. Bu danışıq da dərslikdə müqayisəli şəkildə verilib. Və tövsiyyə olunur ki nitqinizi artıq sözlərdən təmizləyib, ədəbi normalar uyğun danışaq. Biz şagirdlərə imkan veririk ki şagird seçim etsin ki, ona hansı xoşdur və hansı seçimi edəcək. Nitq mədəniyyətini öyrətmək üçün fikirləşirik ki düzgün yol seçmişik. Biz dərsliyi yazarkən qabaqcıl ölkələrin dərsliklərindən yararlanmışıq. Dilimizdə belə ifadələr işlənir və ən çoxda yeniyetmələrin və şagirdlərin ifadələrində işlənilir”.



Təhsil Nazirliyinin təhsil resursları şöbəsinin müdiri Əsgər Quliyev qeyd edib ki, dildə nəyisə qadağan etmək, nəyisə öyrətməmək və yasaq etmək mümkün deyil. "Cəmiyyətdə insanların xarakteri necədirsə, dildə də o cürdür. Danışıq da, nitq də bir mədəniyyətdir. Kobud, adi məişət dilində danışan şagird oxuyan deyil, ədəbi dildə danışan isə oxumaq həvəskarıdır. Uşaqların özündə olan xarakter nitqində də müşahidə olunur və çatdırılır ki, bu cür danışıq yaxşı qarşılanmır. Cəmiyyət tərəfindən yaxşı qarşılanmaq istəyirsənsə, ədəbi dilin normalarına uyğun danışmalısan. Bu mətn ona görə salınmayıb ki, müəllim istəyib. Standartlara uyğun şəkildə hazırlanıb. Mətn dərslik formasına düşəndən yüzlərlə insanın ekspertizasından keçir. Yəni bura təsadüfən düşmür”.


Teqlər:
Bu xəbər cəmi 760 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR