Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Qarabağ haqda yeni sayt

Qarabağ haqda yeni sayt


Bu gün Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Düşüncə” İctimai Birliyi tərəfindən hazırlanmış www.DailyKarabakh.com internet saytının təqdimat mərasimi keçirilib.



“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, tədbirdə sayt haqqında video-rolik nümayiş etdirilib. Məlumat verilib ki, sayt Qarabağ həqiqətlərini müxtəlif dillərdə dünya ictimaiyyətinə çatdırmaq missiyası daşıyır. Azərbaycan, rus, ingilis, alman və fransız dillərində fəaliyyət göstərəcək saytda Dağlıq Qarabağ münaqişəsinin tarixi, mövcud durumu ilə bağlı materiallar yerləşdiriləcək, konfliktin nizamlanması istiqamətində atılan addımlar geniş şəkildə işıqlandırılacaq. Əsasən xarici dilli internet məkanı üçün nəzərdə tutulmuş bu saytda Azərbaycanın və dünyanın tanınmış ekspertlərinin, analitik və politoloqların fikirlərinə, məqalələrinə yer veriləcək.



Tədbirdə çıxış edən QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib ki, Qarabağın işğalı bir gün də olsun diqqətdən kənarda qalmamalıdır: “Burada təbii ki, əsas güc dövlətimizin üzərinə düşür. Bu gün dünya dəyişib və artıq Ermənistanda olan cinayətkar rejimi hamı tanıyır. Bunların ifşa olunmasında Prezident İlham Əliyevin xidmətləri böyükdür. Ölkə başçısının tapşırığına uyğun olaraq, Şuranın fəaliyyətinin əsas xəttini Qarabağ münaqişəsinə dair həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması təşkil edir”. 

“Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin rəhbəri Bayram Səfərov isə Qarabağla bağlı son 10 ildə böyük işlər görüldüyünü qeyd edib. O, Qarabağın tezliklə azad olunacağına ümid etdiyini və Ermənistan rəhbərliyinin yarıtmaz siyasəti nəticəsində ölkənin iflasa uğradığını diqqətə çatdırıb.



Millət vəkili Bəxtiyar Əliyev deyib ki, Azərbaycana qarşı aparılan informasiya blokadasının bariz nümunəsi Avropa Parlamentinin ölkənin əleyhinə qəbul etdiyi qətnamələrdən görünüb: “Təbii ki, informasiya blokadasından çıxmaq üçün belə saytların olması çox vacibdir. Çünki bu müharibə həm də informasiya müharibəsidir”.



“Düşüncə” İctimai Birliyinin sədri, saytın rəhbəri Emil Hüseynli isə çıxışında bildirib ki, saytın yaranmasının əsas məqsədi Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasıdır: “Saytın fəaliyyəti zamanı Avropa ekspertərinin məqalələri, açıqlamalarından istifadə olunacaq. Bu işin məsuliyyətini dərk etmişik və anlayıram ki, bu sayt vasitəsilə Azərbaycanın haqq səsini dünyaya çatdıracağıq”.


Teqlər:
Bu xəbər cəmi 910 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR