İran vətəndaşı Azərbaycanda həsb edilib.
Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının Yardımlı rayonu ərazisində həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikası vətəndaşı Səlmani Sula Behzadandan 11 kiloqram 415 qram tiryək götürülüb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.