Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Azərbaycanda son 200 ildə baş verən vulkanların zəlzələlərlə qarşılıqlı əlaqəsi öyrənilib

Azərbaycanda son 200 ildə baş verən vulkanların zəlzələlərlə qarşılıqlı əlaqəsi öyrənilib
Adil Əliyev: “Zəlzələlərin aktivləşməsi palçıq vulkanları püskürmələrinin aktivləşməsinə səbəb olur”


Azərbaycanda 1810-cu ildən bu yana baş verən vulkanların zəlzələlərlə qarşılıqlı əlaqəsi öyrənilib.



 Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun palçıq vulkanizmi şöbəsinin müdiri Adil Əliyev APA-ya açıqlamasında deyib ki, 1810-cu ildən sonra Azərbaycanda 93 vulkanda 400-dən artıq qeyd olunmuş püskürmə baş verib: “Yerin dərinliklərində dövri olaraq enerji toplanmağa və sonra azad olmağa başlayır. Yığılmış enerjinin boşalması özünü daha çox zəlzələlər, palçıq vulkanlarının püskürməsi vasitəsilə göstərir. Azərbaycan ərazisində 1810-cu ildən bu yana baş vermiş zəlzələlərin və palçıq vulkanı püskürməsinin aylar üzrə yayılmasının statistik təhlili göstərir ki, zəlzələrin aktivləşməsi palçıq vulkanları püskürmələrinin aktivləşməsinə səbəb olur. Həm də əksər hallarda zaman etibarilə zəlzələlər palçıq vulkanları hadisələrini qabaqlayır”.



 A. Əliyev deyib ki, son 25 ildə Azərbaycan ərazisində baş verən zəlzələlərin və vulkan püskürmələrinin müqayisəli statistik analizləri aparılıb və bir sıra mühüm nəticələr alınıb. Bu işlər Respublika Seysmoloji Xidmət Mərkəzi ilə birlikdə görülüb və hazırda da bu istiqamətdə müşahidələr və tədqiqatlar davam etdirilir.



 “Müəyyən olunub ki, zəlzələ ocağı və palçıq vulkanı bir qırılma strukturu hüdudları daxilində olarsa və vulkan uzun müddət püskürmə üçün yetərincə enerji toplayıbsa, onda zəlzələ vulkanın oyanmasına və püskürməsinə təsir edir. Güclü zəlzələ baş verdikdə 80-100 km radiusda gərginlik zonası yaranır. Enerji toplamış palçıq vulkanı həmin zonada yerləşərsə, onda yeraltı təkan püskürməyə səbəb olacaq. Aparılan tədqiqatlar göstərir ki, vulkanın fəaliyyəti zəlzələlərin sonuncu, hazırlıq mərhələsi dövründə daha aktiv olur. Bu zaman vulkan tərəfindən yer səthinə çıxarılan qazların və suların ayrı-ayrı komponentlərinin tərkib miqdarı anomal səviyyədə artır. Qazların tərkibində karbon qazı, helium qazı, suların tərkibində bor, sulfat, xlorun miqdarında anomal artım olur. Bunlar vulkanların aktivləşməsi ilə əlaqədardır. Yəni vulkanın fəaliyyətinin aktivləşməsi baş verə biləcək zəif zəlzələlərin xəbərvericisi kimi qəbul oluna bilər. Biz bunları öyrənəndə zəlzələlərin vulkana yaxın ərazidə baş verməsi haqqında fikir söyləyirik. Ancaq bu işlərin dəqiq mexanizmini aydınlaşdırmaq üçün ölkə ərazisində geniş monitorinqlərə ehtiyac var. Xüsusilə palçıq vulkanlarının seysmikliklə əlaqəsi vulkanın sakit dövründə baş verən zəif zəlzələləri izləməklə öyrənilə bilər. Bunun üçün də palçıq vulkanlarında monitorinqlərin aparılması, vulkanlardakı dəyişiklərin dinamikasının öyrənilməsi vacibdir”.



 



Şöbə müdirinin sözlərinə görə, adətən palçıq vulkanları aktiv fəaliyyətdə olan ərazilərdə zəlzələ baş vermə ehtimalı az olur: “Məsələn, Qobustanın cənubunda hələ indiyədək zəlzələ haqqında məlumat alınmayıb. Çünki aktiv vulkanların əksəriyyəti burada yerləşir. Bu ərazidə vulkanlar enerjini itirir. Zəlzələnin baş verməsi üçün gərək enerji toplansın. Yer səthinə qaz, su, lil çıxaran vulkanlarda püskürmə baş vermir. Onlar artıq enerjini itirir. Azərbaycanda olan 350 vulkandan 60-65 faizi püskürmür. Lökbatan vulkanı dünyada püskürmə sayına görə rekordçu hesab olunur. 200 il ərzində bu vulkan 24 dəfə püskürüb. Dünyanın heç bir yerində belə şey yoxdur. Ona görə ki, Lökbatan vulkanında enerji çıxıntısı yoxdur. Vulkan püskürür, onun ağzı bağlanır, hər şey təzyiq altında qalır. Təkan olmasa, vulkan püskürməyəcək. Təzyiqə də təkan verən seysmik proseslərdir”.



 



A. Əliyev deyib ki, vulkanlara yaxın ərazilərdə antropogen təsir yolverilməzdir: “Bəzən vulkanın krater sahəsinə yaxın ərazidə boru xətti çəkirlər, qazıntı aparırlar, beləliklə də yatan vulkanı oyadırlar. 2001-ci ildə Lökbatan vulkanında güclü püskürmə oldu. Həmin ilin iyununda vulkana baxış keçirəndə müşahidə etdim ki, vulkanın krater sahəsinə yaxın ərazini qazırlar. Çünki vulkan gilindən inşaatda istifadə edilir. O vaxt buna etiraz etdim və bildirdim ki, bu, vulkanın püskürməsinə səbəb olacaq. İki aydan sonra vulkan püskürdü. Ceyranbatan su anbarının yaxınlığında yerləşən Keçəldaq vulkanında da belə bir hal olmuşdu. Onu da püskürməyə məcbur etmişdilər. Belə hallar yolverilməzdir”. 


Teqlər:
Bu xəbər cəmi 1120 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR