Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Azərbaycanın gənc və təhsildən bixəbər nazirindən daha bir rüsvayçı dərslik - FOTO-FAKT

Azərbaycanın gənc və təhsildən bixəbər nazirindən daha bir rüsvayçı dərslik - FOTO-FAKT


Azərbaycanın Təhsil Nazirliyi artıq təhsil siyasətini buraxaraq, şagirdlərə təhqirləri, söyüşlərin ən ağır formalarını öyrətməyə başlayıb. Yeni tədris ilinin başlaması ilə orta məktəblərdə təkcə rüşvətin yeni formaları tətbiq olunmayıb. Eyni zamanda, dərsliklərdəki eybəcərliklər ortaya çıxmağa başlayıb.



Mia.az xəbər verir ki, «Azərbaycan tarixi» adlı əyani dərs vəsaitinin Ermənistanın bayrağı fonunda nəşr edilməsi məsələsini boynundan atan nazirlik bu dəfə çap etdirdiyi 8-ci siniflər üçün "Azərbaycan dili" dərsliyi ilə bağlı rüsvayçı fakt qarşısında qalıb. Belə ki, həmin dərslikdə orta məktəb şagirdlərinin davranış tərzinə, tərbiyyəsinə zidd mətn yerləşdirilib. Düzdür, həmən yanında başqa bir mətn də verilib. Guya şagirdlərin iki mətn arasında müqayisəli təhlil aparmasına (?!) şərait yaradıblar. 



Sosial şəbəkələrdə ciddi etiraza səbəb olan həmin mətni şərhsiz təqdim edirik. Buyurun, gənc Mikayıl Cabbarovun özünəməxsus təhsil siyasətinin özündə etiva etdiyi biabırçı mətninin FOTO-FAKT-ı ilə tanış olun!



Yəqin nazir Mikayıl Cabbarov bununla yeni gənclik yetişdirəcəyini düşünür. Ancaq Azərbaycanın gənc və təhsildən bixəbər naziri bu cür idarəetmə ilə yaxınlarda yanılacağının fərqinə varacaq:





8-ci siniflər üçün "Azərbaycan dili" dərsliyindən



Onu da qeyd edək ki, bu rüsvayçılıqdan əvvəl də 10-cu sinif şagirdləri üçün nəşr edilmiş «Azərbaycan dili» dərsliyində də «binamus», «qancıq», «küçük» kimi sözlərindən ibarət rüsvayçı halların olması da ciddi narazılıq yaratdı. Ancaq nazirlik eyiblərini aradan qaldırmaq əvəzinə, yenə susaraq, qınına çəkildi. Görünür, bunlara uşaqların sağlam ruhda deyil, elə küçə uşağı səviyyəsində yetişmələri lazımdır. Axı, belə təhsil və tərbiyyə sistemində rüşvəti də rahat yığmaq olur...



Buyurun, Mia.az 10-cu sinif "Azərbaycan dili" dərsliyindəki rüsvayçı faktı da təqdim edir:




Teqlər:
Bu xəbər cəmi 905 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR