İbrahim Tatlısəs rəsmən millət vəkili namizədi olub.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkədə məlumat yayıb.
Tatlısəs sosial şəbəkədə anasıyla fotosunu paylaşaraq namizəd olduğunu bildirib:
“Əgər mən deputat olmaq istməmənin səbəbkarı anamdır. Hər kəsin anasına necə hörməti varsa, mənim də anama hörmətim var. Anam ağır xəstədi. Səni millət vəkili görüm, ondan sonra ölüm”-deyə anam mənə söylədi. Anama verdiyim sözüm səbəbiylə müstəqil millət vəkili namizədi oldum”.
Qeyd edək ki, sənətçi 1 noyabr erkən ümumi seçkilərdə AKP-dən namizəd namizədi olmuşdu. Ancaq Tatlisesin deputatlığa namizədliyi qəbul edilməmişdi.