Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

DYP rəisi baş redaktoru tutdurmaq istəyir – “İki maddi sübutumuz var”

DYP rəisi baş redaktoru tutdurmaq istəyir – “İki maddi sübutumuz var”


Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisi polkovnik Nuşirəvan Səfərov “AzPolitika.info” saytının rəhbəri Elnur Məhərrəmlini xüsusi ittiham qaydasında məhkəməyə verib. 



AzNews.az xəbər verir ki, polis rəisi saytın 31 avqust tarixli buraxılışında yayımlanmış “Nuşirəvan və “bayquşlarının” sərgüzəştləri – DYP mafiyası məğlubedilməzdir?!” adlı yazıda təhqir olunduğunu iddia edib və E.Məhərrəmlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını məhkəmədən xahiş edib. İddia ilə bağlı hazırlıq iclası sentyabrın 22-də Bakı şəhəri Xətai Rayon Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə keçiriləcək. 



Qeyd edək ki, sözügedən yazıda Dövlət Yol Polisi İdarəsi (DYPİ) Azərbaycanda əhalinin ən çox narazılıq etdiyi, vətəndaşları dövlətdən incik salan, rüşvətin geniş yayıldığı dövlət qurumlardan biri kimi təqdim olunub, sistemin başında duran konkret şəxslər, o cümlədən Nuşirəvan Səfərov sərt tənqid olunub. 



E.Məhərrəmli bu tənqidlərə görə N.Səfərovun təkzib, üzrxahlıq tələb etmədən, yazıdakı iddialara aydınlıq gətirmədən xüsusi ittiham qaydasında məhkəməyə müraciət etməsini “AzPolitika”ya qarşı təzyiq cəhdi adlandırıb: “Hörmətli N.Səfərovu qəzəbləndirən yazıda iddia olunub ki, ən yüksək səviyyədə tənqidlərə, xəbərdarlıqlara, hüquqi müstəvidə və KİV-də ifşalara baxmayaraq, DYP-nin işində ciddi dönüşə nail olunması mümkün olmur. DYP-də korrupsiya və rüşvət var. DYP vətəndaşları sortlara bölür və hansısa maraqların təmin olunması qarşılığında “imtiyazlı sürücülər” təbəqəsi formalaşdırıb. Buna görə bu sistemin başında duranlar hüquqi və mənəvi məsuliyyət daşıyır. Yalandırmı?” 



Sayt rəhbəri deyir ki, məhkəmədə iki maddi sübutun araşdırılmasına xüsusi diqqət yetirəcəklər: “Məhkəməyə biri videokadr, biri audioyazı olmaqla, iki maddi sübut təqdim edəcəyik. Videokadrlarda “Nuşirəvan və “bayquşlarının” sərgüzəştləri” yazısı yayımlandıqdan 3 gün sonra – N.Səfərovun iddia ərizəsi məhkəməyə təqdim olunan tarixdə elə mənim maşınımın DYP tərəfindən saxlanılması və rüşvət istənilməsi görüntüləri öz əksini tapıb. DYP işçisi həyasızcasına sürücüdən 50 manat tələb edir, sonda 30 manata razılaşır. “Bizim işimiz budur, saxlayıb 30-40 manat alıb buraxırıq”, deyə sırtıqlaşaraq bildirir. Bilmək istəyəcəyik ki, bu görüntülərin Nuşirəvan müəllimin “tər-təmiz mənəvi dünyasına” aidiyyatı varmı? Audioyazıda isə Nəcməddin Sadıkovun oğlunun saxlanmasına görə Nuşirəvan Səfərovun öz işçisinə təzyiqləri haqda danışıqlar öz əksini tapıb. DYP rəisinin hansı əsasla N.Sadıkovun oğlunu qanunların fövqündə saxladığını da bilmək maraqlı olacaq”.



E.Məhərrəmli hesab edir ki, N.Səfərovun xüsusi ittiham qaydasında məhkəməyə müraciət etməsi “AzPolitika”nı təzyiqlə “yazının sifarişçisini” açıqlamağa məcbur etmək məqsədini daşıyır: “Yazı yayımlandıqdan sonra N.Səfərovun “elçiləri” bir neçə dəfə redaksiyamızda olublar. N.Səfərovun yazının sifarişlə yazıldığına əmin olduğunu bildiriblər. “Niyə 5 gün əvvəl yox, indi yazılıb” deyə, ortaya məntiqsiz suallar atıb, “sifarişçinin” DİN sistemində olduğunu bildiklərinə eyham vurublar. İnsan nə qədər xoflu olmalıdır ki, mətbuatda barəsində dərc olunmuş tənqidi yazının sifarişçisi kimi, özünün böyük rəislərindən, rəhbərlərindən şübhələnsin və müxtəlif vasitələrlə bu barədə redaksiyadan “ifadə almağa” cəhd etsin...” 


Teqlər:
Bu xəbər cəmi 750 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR