Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

BANM-də “Neftçilər günü” münasibətilə görüş keçirildi

BANM-də “Neftçilər günü” münasibətilə görüş keçirildi


Bakı Ali Neft Məktəbində 20 sentyabr “Neftçilər günü” münasibətilə tədbir və BANM-ə 2015/2016-cı tədris ilində qəbul olmuş tələbələrlə və onların valideynləri ilə görüş keçirilib.



“Qafqazinfo” xəbər verir ki, tədbirdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Azərbaycan neftçilərini, BANM-in professor-müəllim heyətini və tələbələrini bayram münasibətilə təbrik edib. Rektor eks-prezident Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə təsis edildiyini diqqətə çatdırıb. O, bildirib ki, "Əsrin müqaviləsi"nin imzalandığı 1994-cü il 20 sentyabr tarixindən artıq 21 il keçir. Elmar Qasımov həmçinin, bildirib ki, Azərbaycan prezidentinin Fərmanı ilə 1992-ci ildə respublikanın neft sərvətlərindən istifadəni vahid dövlət siyasəti əsasında həyata keçirmək, neft sənayesinin idarəetmə strukturunu təkmilləşdirmək, yanacaq-enerji kompleksinin inkişafını təmin etmək, həmçinin böyük həcmdə elmi-tədqiqat və layihə işləri yerinə yetirmək məqsədi ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) yaradılıb.



Elmar Qasımov Bakı Ali Neft Məktəbinin yeni kampusunun tikintisinin davam etdiyini vurğulayaraq deyib ki, tələbələr regionda ən yüksək səviyyədə maddi-texniki təminatla təmin olunmuş kampusda oxuyacaqlar. O, 2015/2016-cı tədris ilində ali təhsil müəssisələrinə qəbul olan tələbələrdən ümumilikdə 102 nəfərinin Prezident təqaüdünə layiq görüldüyünü xatırladaraq, I qrup üzrə Prezident təqaüdünə layiq görülən 25 tələbədən 17-nin BANM-in tələbələri olduğunu bildirib.



Tədbirdə Bakı Ali Neft Məktəbinin (BANM) “Kimya mühəndisliyi” ixtisası üzrə III kursda təhsil alan, eyni zamanda Böyük Britaniyanın Heriot-Vatt Universitetinin 2014/2015-ci akademik ili üzrə ən yaxşı tələbələrdən biri seçilərək “Fəxri diplom” və pul mukafatına layiq görülmüş Sevinc Qafarlı, “SOCAR Yay Məktəbi 2015” layihəsində iştirakı çərçivəsində Rumıniyaya səfər imkanı qazanmış, BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasında təhsil alan III kurs tələbəsi Kamran Rzayev, o cümlədən həmin ixtisas üzrə təhsil alan II kurs tələbəsi Pakizə Paşayeva, BANM-in dəstəyi ilə bir semestr Herriot Vatt Universitetində təhsil almış, “Kimya mühəndisliyi” ixtisası üzrə IV kurs tələbəsi Kamran Əliyev BANM-də tələbələr üçün yaradılan geniş imkanlardan söz açıblar.



BANM-də “Neftçilər günü” münasibətilə görüş keçirildi


Teqlər:
Bu xəbər cəmi 1500 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR