Binəqədi icra başçısı Xaləddin İsgəndərov İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarovanı tutduğu vəzifədən azad edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Nuridə Allahyarova facebookda məlumat paylaşıb:
"Artıq Binəqədi RİH-də çalışmadığımı və işdən ayrıldığımı yazmaq qərarına gəldim ki, müəyyən məsələlərlə bağlı sualları qurumun aidiyyatı şöbəsinə və səlahiyyətlilərinə ünvanlayasınız. Qurumda çalışdığım müddətdə tanıdığım bütün dostları qazancım hesab edirəm. Hamınıza sonsuz təşəkkürlər!”.