Roma Papası Francis Havanada açıq havada liturgiya oxumağa hazırlaşır.
“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, yüz minlərlə Kuba katolikləri Papa Francisi dinləmək üçün liturgiya mərasimi təşkil olunan meydana toplaşıb.
Roma Papası Kubaya rəsmi səfərə ilk dəfə olaraq gəlib.
Liturgiyada katolik olmayan Kuba prezidenti Raul Castro və Argentina prezidenti Cristina Fernandez de Kirchner də iştirak edəcəklər.
Roma Papası liturgiyasını Che Guevara-nın nəhəng abidəsi ucalan meydanda keçirəcək.
Kuba və ABŞ-a səfəri ərəfisində etdiyi çıxışında Papa Francis iki ölkə arasında diplomatik əlaqələrin bərpa olunmasını alqışlamışdı.
Roma Papası Kuba və ABŞ arasında münasibətlərin bərpasında vasitəçilik edib.
O, bu prosesi ölkələrarası barışın nümunəsi kimi dəyərləndirib.
Roma Papası Kubadan sonra ABŞ-a səfərə yollanacaq.