Azərbaycan Dövlət Musiqili Teatrı yeni 106-cı teatr mövsümünü Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" tamaşası ilə açıb.
“Qafqazinfo” xəbər verir ki, tamaşa Üzeyir Hacıbəyli VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim olunub.
Tamaşasının quruluşçu-rejissoru Xalq Artisti Cənnət Səlimovadır. Tamaşada rolları əməkdar artistlər Şövqi Hüseynov, Əkbər Əlizadə, Ələkbər Əliyev, Səidə Şərifəliyeva, Novruz Əliyev, aktyorlar Səmədzadə Xasıyev, Əzizağa Əzizov, Nadir Xasıyev, Hüseyn Əlili və başqaları ifa edirlər.