“Milli Məclisə seçkilərdə iştirak etmək üçün seçki dairələrinə 1 017 nəfər müraciət edib. Onlardan 506 nəfərin namizədliyi partiyalar, 37 nəfər “Azadlıq-2015” seçki bloku, 3 nəfər təşəbbüs qrupu tərəfindən irəli sürüb. 471 nəfər isə öz təşəbbüsü ilə namizədliyini irəli sürüb”.
“Qafqazinfo” report-a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov məlumat verib.
Onun sözlərinə görə, deputatlığa namizədliyini irəli sürən şəxslərdən 839 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq olunub:
"Artıq 721 nəfərə isə imza vərəqi verilib və 64 nəfər imza vərəqini artıq DSK-lara təqdim edib. 19 nəfərin namizədliyi qeydə alınıb".