Əməkdar artist Ədalət Şükürov turizm şirkətini bağlayıb. Sənətçi bu haqda “Qafqazinfo”ya açıqlamasında məlumat verib:
“8 ildir ki, bizneslə məşğul olmuram. Hər hansı biznesim yoxdur. Əvvəllər turizm şirkətim vardı. Onu da bağladım. Sənət dostlarım mağaza açır, alver edir. Paltarlarla aram yaxşı olmasına baxmayaraq mağaza işlədə bilmərəm”.
Müğənni konsert verməməyinin səbəbini də açıqlayıb:
““Bakı qızları” klipini təqdim etdim. Dağıstan və İsraildə konsert verəcəm. Bakıda təşkilatçılar təşkil etsələr, konsert proqramı ilə çıxış edərəm. Müğənninn özü-özünə konsert təşkil etməsi doğru deyil”.