Mətbuat Şurasının sədri Əflatun Amaşov parlament seçkilərinə namizəd olacağı ilə bağlı məlumat yayıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, M.Amaşov bildirib ki, Milli Məclisinin deputatı olmağa iddialıdır: “Parlamentin problemlərinin sistemli şəkildə və ardıcıl gündəmə gətirilməsinə hər zaman ehtiyac var. Buna görə jurnalistikanın parlamentdə təmsilçiliyi vacibdir. Deputat olmaq istəyim həm də bu nöqteyi-nəzərdən dəyərləndirilməlidir”.
MŞ sədri namizəd olacağı dairəni də açıqlayıb: “Bir neçə dairəni nəzərdən keçirdim. Yekunda 62 saylı Saatlı seçki dairəsinin üzərində dayandım. Burada da seçkiqabağı təbliğat işini düzgün qurmaq üçün mənə dəstəyini əsirgəməyəcək çoxlu dostlarım var. Çox çətin olacaq. Amma inanıram ki, 62 saylı Saatlı seçki dairəsində uğur qazana bilərəm. Artıq bunun üçün ilk addımlaımı atmışam. Gərgin işlərə başlamışam”.