Liviya Rusiyaya aid neft gəmisi və şəxsi heyyətini qaçaqçılıq etdikləri səbəbi ilə saxlayıb.
“Qafqazinfo”nun məlumatına görə, "Mehanik Çebotarev" adlı gəmini kirayəyə götürən "Oil Marine Grup" adlı şirkət bu addımın qeyri-qanuni olduğunu açıqlayıb.
Saxlanılan gəminin Trablusda bir limana aparıldığı iddia edilib.
Rusiya Xarici işlər nazirliyi gəminin qanunsuz bir şəkildə saxlanıldığını və sərbəst buraxılmasını tələb ediblər.