Prezident İlham Əliyev sentyabrın 17-də Kürdəmir rayonuna səfərə gedib.
"Qafqazinfo” AzerTac-a istinadən xəbər verir ki, dövlət başçısı əvvəlcə rayon mərkəzində Heydər Əliyev adına parkda mərhum prezidentin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov parkda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.
İlham Əliyev Kürdəmirdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan 100 yerlik körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.
Dövlət başçısı əvvəlcə binanın rəmzi açılışını bildirən lenti kəsib.