Dünya bazarında neftin qiyməti yenidən 50 dollara yaxınlaşıb.
“Qafqazinfo” xəbər verir ki, İCE London birjasında Brent markalı neftin noyabr fyuçersi 0,2 faiz bahalaşaraq barelli 49,87 dollar olub.
WTI markalı neftin oktyabr fyuçersində isə cüzi artım müşahidə edilib və barelli 47,16 dollara yüksəlib.